AZ

ABŞ zərbə qrupu Hind okeanındadır – Carl Vinson geri dönür

Üç aylıq Yaxın Şərq bölgəsindəki fəaliyyətindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin CVN-70 Carl Vinson avianəqliyyat gəmisi hazırda Hind okeanında yerləşir.

KONKRET.az xəbər verir ki, Carl Vinson-un daxil olduğu zərbə qrupu, 12 oktyabr tarixində İndo-Sakit okean regionuna planlı yürüşə çıxmışdı. Cümə günü isə bu qrup Şimal Ərəb dənizi sularını tərk edib.

Pentaqon mənbələrinin məlumatına görə, gəmi yaxın vaxtlarda öz daimi bazası olan Kaliforniya ştatının San-Dieqo limanına geri dönəcək. Hazırda onun marşrutu Hind okeanı üzərindən Sakit okean istiqamətində hərəkətlə davam edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr