AZ

Bakıda uşaq peçenyesinin içindən, görün, nə çıxdı - FOTOLAR

Bakıda uşaq peçenyesinin içindən dəmir parçası çıxdığı iddia olunur.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Mirəli Süleymanov adlı valideyn paylaşım edib.

O, məhsulun “Bolluq LTD” MMC-yə məxsus olduğunu bildirib.

Şikayətçi həmin peçenyeni azyaşlı övladı üçün aldığını, lakin uşağa verməzdən əvvəl içərisində dəmir parçası olduğunu aşkar etdiyini deyib.

“Bu məhsul "Bolluq LTD MMC"-yə məxsus uşaqlar üçün peçenyelərdir. Yaxşı ki, uşaq yemədən içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”, - valideyn bildirib.

Məsələ ilə bağlı "Bolluq LTD MMC"-yə müraciət etdik. Məsələni araşdırıb məlumat verəcəklərini bildirdilər.

​​​​​​"Cebheinfo.az"

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr