Bakı. Trend:
Bu gün İranda yerli vaxtla saat 10:44-də İranın şimalındayerləşən Simnan vilayətinin Şahrud rayonunda 4,7 bal gücündəzəlzələ baş verib.
Trend-inməlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutununMilli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 10 km dərinlikdə baş verən zəlzələ ətrafrayonlarda da hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.