AZ

III MDB oyunlarında 8 ölkədən 1846 idmançı iştirak edəcək

Azərbaycanda keçiriləcək III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

Bizim.Media

Seçilən
208
10
bizim.media

10Mənbələr