AZ

ABB-nin biznes kreditləri portfeli 131 milyon manatdan çox artıb

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2025-ci ilin ilk 6 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 291 milyon 856 min manat və ya 4,6% artaraq 6 milyard 642 milyon 657 min manata yüksəlib.

Marja xəbər verir ki, ABB-nin istehlak kreditləri portfeli 128 milyon 743 min manat artaraq 1 milyard 927 milyon 452 min manata, biznes kreditləri portfeli 131 milyon 262 min manat artaraq 3 milyard 240 milyon 508 min manata, ipoteka kreditləri portfeli 31 milyon 850 min manat artaraq 1 milyard 474 milyon 697 min manata yüksəlib.

Qeyd edək ki, ABB-nin cəmi aktivləri 2025-ci ilin ilk 6 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 418 milyon 073 min manat və ya 3,1% artaraq 30 iyun 2025-ci tarixində 14 milyard 47 milyon 23 min manata çatıb. 

 

Seçilən
261
11
marja.az

10Mənbələr