5-14 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər.
Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, komandamız yarışda 1 gümüş və 3 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.
Sözügedən olimpiadada Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov isə bürünc medal qazanıblar.
Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta