AZ

Aİ ABŞ-ın Ukraynaya silah tədarükü xəbərini alqışlayır

Avropa İttifaqı ABŞ-ın Ukraynaya silah tədarükü xəbərini alqışlayır.

APA xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“ABŞ-ın Ukraynaya daha çox silah göndərəcəyi yaxşı xəbərdir. Biz ukraynalılara özlərini müdafiə üçün kömək etməliyik . Təbii ki, biz 18-ci sanksiya paketi ilə bağlı da siyasi razılığın əldə olunmasına ümid edirik. Biz çox, çox yaxınıq. Ümid edirəm bu bu gün baş verəcək”.


Aİ rəsmisi bildirib ki, bugünkü iclasda Yaxın Şərq və Qəzzadakı vəziyyət də müzakirə olunacaq.

Aİ XİN rəhbərləri, eyni zamanda, Gürcüstanı da müzakirə edəcək.

“Biz Gürcüstanda ciddi geriləmələr görürük və daha nə edə biləcəyimizi müzakirə edəcəyik”, - Kallas əlavə edib.

Seçilən
19
17
apa.az

10Mənbələr