Azərbaycan və Səudiyyə Ərəbistanı bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq edəcəklər.
Sherg.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiqləyib.
Qeyd edək ki, Saziş 2025-ci il aprelin 28-də Ər-Riyadda imzalanıb.