Sabunçu rayonunda evlərin birindən 25 000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, bu barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.
Abşeron rayonunda isə mağazaların birindən 1400 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 44 yaşlı R.Xəlilov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"