Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbulu başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.