“Sabah” Moldova millisinin qapıçısı Andrey Kojuxarla maraqlanır.
Msport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi yerli “Veres”in qapıçısını istəyir.
26 yaşlı futbolçu Belçikanın “Dender” klubunun transfer siyahısında yer alsa da, “Sabah” xeyrinə seçim edəcəyi gözlənilir. “Veres” qapıçısı üçün ən azı 500 min avro gəlir əldə etmək niyyətindədir. Ötən mövsüm qapıçı Ukrayna Premyer Liqasında 27, ölkə kubokunda isə 2 oyun keçirib.
Qeyd edək ki, Kojuxarın “Veres”lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.