Rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan milli komandasına keçidi baş tutmayıb.
Teleqraf TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə Birliyinin (ISU) Şurası qərar qəbul edib.
Mayın 13-də Rusiya Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Anton Sixarulidze məlumat vermişdi ki, təşkilatın icraiyyə komitəsi idmançının Azərbaycan komandasına transferinə razılıq verməyib.