Bakının Nizami rayonunda evlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən xəbərə görə, rayonun Q.Qarayev prospektində yerləşən evdən 30000 dollar və 12000 manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.