AZ

Bəzi şəhər və rayonlara prokurorlar təyin edib

Qax və Xaçmaz rayonlarına prokurorlar təyin edilib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrə əsasən, Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qaxın, baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq ediliblər. 

Bundan başqa, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Seçilən
9
9
xezerxeber.az

10Mənbələr