AZ

Venesuella yığmasının yarımmüdafiəçisi “Neftçi”də - RƏSMİ

“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas artıq “Neftçi”nin üzvüdür. 26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

"Neftçi" daha öncə Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, İmad Farajı transfer edib.

Seçilən
28
3
sportinfo.az

2Mənbələr