AZ

“Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir

Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iyulun 15-16-da keçirilən tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılır.

Konfransın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı Tamam Cəfərova və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış ediblər. 

Konfrans iki əsas panel sessiyadan ibarətdir.

“Din-media münasibətləri: yeni hədəf və çağırışlar”adlı birinci panelə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib. Sessiyada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədrmüavini Rafiq Həşimov, “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu, “Report İnformasiya Agentliyi” MMC-nindirektoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev, həmçininşair-yazıçı Şəhriyar Del Gerani mövzu ətrafında çıxış ediblər. 

“Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı ikincipanel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatüzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçirilib. Paneldə Azərbaycan Jurnalistlər Şəbəkəsiİctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimaiŞuranın üzvü Ayaz Mirzəyev, “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidentinin müşaviri, Əməkdar jurnalist Etibar Babayev və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Amin" proqramının aparıcısı, fəlsəfə üzrəfəlsəfə doktoru Müşfiq Ötgün iştirak ediblər. 

Konfrans çərçivəsində media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara media-tur da təşkil olunacaq.


Seçilən
54
5
qafqazinfo.az

10Mənbələr