AZ

Bakıda 39, Naxçıvanda 40 dərəcə isti qeydə alınıb

İyulun 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

 

Bu barədə Pravda.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy və Qusarda qısamüddətli yağış yağır.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da, eyni zamanda, Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

Tarix: 15 İyul 2025, 17:11   
Seçilən
8
25
pravda.az

10Mənbələr