AZ

Bəzi dağlıq ərazilərdə yağış yağır, Naxçıvanda və aran rayonlarında 40 dərəcə isti var - FAKTİKİ HAVA

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-i saat 16:00-a olan məlumata əsasən hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy və Qusarda qısamüddətli yağış yağır.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
36
25
azertag.az

10Mənbələr