AZ

Bakıda 39, Naxçıvanda 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

İyulun 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy və Qusarda qısamüddətli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da, eyni zamanda, Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

 

Seçilən
8
25
operativmm.az

10Mənbələr