AZ

Bakıda 39, Naxçıvanda 40 dərəcə isti var - FAKTİKİ HAVA

BAKI, 15 iyul. TELEQRAF

İyulun 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumata əsasən hazırda bəzi dağlıq ərazilərdə Daşkəsən, Gədəbəy, Qusarda qısamüddətli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
3
25
teleqraf.com

10Mənbələr