Yunanıstan Təhsil Nazirliyi xarici universitetlərin ölkədə şöbə açmaq üçün müraciət etdiyini açıqlayıb. Nazirlik bildirir ki, bu təşəbbüs Yunanıstanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılmasını və tələbələrə daha çox təhsil imkanlarının təqdim olunmasını hədəfləyir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin nümayəndələri qeyd ediblər ki, xarici universitetlərin Yunanıstanda fəaliyyət göstərməsi təhsil sektorunda beynəlxalq əməkdaşlığı gücləndirəcək və tələbələrin müxtəlif sahələr üzrə ixtisaslaşmasına şərait yaradacaq.
Nazirlik, müraciətlərin qiymətləndirilməsindən sonra uyğun universitetlərlə əməkdaşlığa başlamağı planlaşdırır.