“Ziraat Bank Azərbaycan” 2025-ci ilin ikinci rübünü güclü maliyyə göstəriciləri ilə başa vurub.
Bankın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 38,2 faiz artım nümayiş etdirib. Bununla da, bankın fəaliyyət göstərdiyi müddət ərzində aktivlərin cəmi ilk dəfə 1 milyard manat həddini keçib. Bu göstərici bankın bazardakı mövqeyini daha da möhkəmləndirməklə yanaşı, dayanıqlı və strateji böyüməsinin bariz nümunəsidir.
Real sektorun inkişafını daim dəstəkləyən bankın biznes kreditləri portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq 576 milyon manatı keçib. Bu artım “Ziraat Bank Azərbaycan”ın ölkə iqtisadiyyatına verdiyi töhfənin davamlı xarakter daşıdığını göstərir.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən bankın ümumi kredit portfeli 18,1 faiz artaraq 625,6 milyon manata çatıb.
Bankın depozit portfelində (banklar istisna olmaqla) də artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın depozit portfeli 27,6 faiz artaraq 738 milyon manatı keçib. Bu da müştəri etibarının artmasının əsas göstəricilərindən biridir.
Bankın kapitalı da artmaqda davam edir. İlin əvvəlindən etibarən “Ziraat Bank Azərbaycan”ın kapitalı 8,1 faiz yüksələrək 144 milyon manatı keçib. 2025-ci ilin ikinci rübündə bankın əməliyyat mənfəəti 15,9 milyon manat, xalis mənfəəti isə 10,1 milyon manat təşkil edib.
Bu göstəricilər “Ziraat Bank Azərbaycan”ın maliyyə dayanıqlığının və böyümə potensialının güclü olduğunu təsdiqləyir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filial və Quba şəhərində yerləşən 1 şöbə ilə, həmçinin rəqəmsal platformalar üzərindən müştərilərə xidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın instaqram, X-platforması, linkedin, yutub - sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.