Bu ilin yanvar-iyun aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 111,4 mln. olub, bu da illik müqayisədə1,6% azalma deməkdir. Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, ötən ilin birinci yarısında Bakı metropolitenindən 113,2 mln. sərnişin istifadə edib ki, bu da 2023-cü ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 4,1% çoxdur. Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta