AZ

Səssizlik qırılırmı? – Taker Karlson: “Epşteynin arxasında İsrail var"

Səssizlik

Amerikalı jurnalist Taker Karlson sosial şəbəkə X-də İsrailin sabiq Baş naziri Naftali Benneti (2021–2022) Ceffri Epşteynin İsrail hökuməti ilə əlaqələrinə dair ictimai müsahibə verməyə çağırıb.Karlson bu çağırışı Floridada keçirilən Turning Point USA konfransında çıxışı zamanı səsləndirib.Söhbət, azyaşlıların cinsi istismarı ilə ittiham olunan maliyyəçi Ceffri Epşteynin İsrail hökuməti ilə mümkün əlaqələrindən getməlidir. O, Epşteynin xarici bir ölkənin agenti olduğunu iddia edib və bu ölkənin İsrail olduğunu açıq şəkildə bildirib. Jurnalist, həmçinin, bu mövzunu araşdırmağın qarşısının antisemitizm ittihamları ilə tez-tez alınmasından təəssüfləndiyini vurğulayıb.“Ceffri Epşteynin İsrail hökuməti ilə əlaqələri barədə ağlabatan bir müsahibə vermək istəməzsinizmi? Bu səhər sizin ofislə əlaqə saxlayacağıq,” – deyə Karlson paylaşımında yazıb.14 iyul, bazar ertəsi günü isə Naftali Bennet bu iddialara cavab verib. O, Karlsonun Epşteynin İsrailin kəşfiyyat xidməti “Mossad” ilə əlaqədə olduğu barədə söylədiklərini tamamilə əsassız və yalan adlandırıb. Bennetin sözlərinə görə, Epşteynin fəaliyyəti – o cümlədən cinayət əməlləri – İsrail dövləti ilə heç bir əlaqəyə malik olmayıb.Ulusum.az

Diqqət Çəkənlər

Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi

Kaliforniyada 6,7 bal gücündə zəlzələ təhlükəsi: "yatan" Concord qırığı oyanır

Bir kart uğrunda qətl: Oğul anasını niyə öldürdü? - VİDEO

Seçilən
48
ulusum.az

1Mənbələr