Bakı. Trend:
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumisəfərbərliyin müddətini uzadıb.
Trend bu barədəUkrayna KİV-ə istinadən xəbər verir.
Beləliklə, ümumi səfərbərliyin və hərbi vəziyyətin müddəti daha90 gün (noyabrın 5-dək) uzadılıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbivəziyyətin və ümumi səfərbərlik müddətinin uzadılması haqqında ikiqanun layihəsini iyulun 14-də Ali Radaya təqdim etmişdi.