Xarkov istiqamətində Rusiya hər gün demək olar ki, bir bölük əsgər itirir.
KONKRET.az xəbər verir ki, bu barədə “Xarkov” əməliyyat-taktiki qrupunun nümayəndəsi Pavel Şamşin məlumat verib.
Onun sözlərinə görə, Rusiya ordusu təkcə Xarkov istiqamətində hər gün təxminən 100 nəfər ölü və yaralı verir:
“Bu, faktiki olaraq bir bölük deməkdir. Həftəlik itkilər isə artıq bir batalyondan çoxdur. Lakin bu, onları dayandırmır”, – deyə Şamşin bildirib.
Natiq Səlim,
KONKRET.az