Goranboyda yanğın hadisəsi baş verib.
Referans xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri, A.Kərimov küçəsində qeydə alınıb. Həyətyanı torpaq sahəsində yerləşən tikilidə yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından müafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fakt araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta