AZ

Aİ ölkələri Ukrayna üçün ABŞ-dan silah almağa hazırdır – Reuters

Aİ ölkələri Ukrayna üçün ABŞ-dan silah almağa hazırdır – Reuters

Avropa İttifaqının bir neçə ölkəsi ABŞ-dan silah alaraq onu Ukraynaya təhvil verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə Reuters məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüslə ABŞ Prezidenti Donald Tramp çıxış edib. O, iyulun 14-də bildirib ki, Vaşinqton Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri, raketlər və digər silahlar verməyə hazırdır, lakin bunun müqabilində ödənişi NATO ölkələri etməlidir.

Bununla belə, planla bağlı bir sıra suallar açıq qalır. Hələlik Ukraynaya təqdim ediləcək silahların konkret növləri və miqdarı açıqlanmayıb. Bundan əlavə, bu silahların hansı mexanizm əsasında maliyyələşdiriləcəyi və nə qədər tez Ukraynaya çatdırılacağı da dəqiqləşməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
69
50
editor.az

10Mənbələr