AZ

Kənan MM və rejissor arasında qalmaqal: İş məhkəməyə gedir

Rejissor və "cast" rəhbəri Aydın Muradov aktyor Kənan Mahmudova (Kənan MM) qarşı sərt ittihamlar səsləndirib.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkdə yayımladığı bəyanatında Kənan Mahmudovun onun fotosunu icazəsiz paylaşdığını və bununla da Konstitusiya hüquqlarını pozduğunu bildirib.

Muradov iddia edir ki, aktyorun bu hərəkəti Konstitusiyanın 32-ci maddəsi, eləcə də Cinayət Məcəlləsinin 155, 156, 156.1 və 156.2-ci maddələrini pozur: pizza hut

“Mənim şəklimi məndən icazəsiz paylaşmağınız, şərəf və ləyaqətimi alçaltmağınız, sizi və paylaşımınıza şərh yazanları qanun çərçivəsində cavab verməyə vadar edir”.

Aydın Muradov onu da vurğulayıb ki, sənətə verdiyi töhfələr Kənan Mahmudovla müqayisədə daha dəyərlidir:

“Sərbəst "cast" rəhbəri olaraq bu illər ərzində kino və incəsənət sahəsində sizdən daha çox iş görmüşəm. Siz isə yalnız ucuz reklama qaçaraq, hətta epizodik rollarda çəkilmiş dəyərli aktyorlarımıza belə dil uzadırsınız”.

Muradov paylaşımda hüquqi addım atacağını da bəyan edib:

“Əgər şəkilimi paylaşımınızdan silməsəniz, əlimdə olan faktlarla sizə qarşı məhkəməyə müraciət edəcəyəm. Bu, mənim Konstitusion hüququmdur və heç bir hədə-qorxu məni fikrimdən daşındıra bilməz”.

O əlavə olaraq, İTV ilə əməkdaşlıq etdiyi dövrdə rejissor Vüsal Əmdullayevin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan videomaterialın sənətə töhfə baxımından daha tutarlı və dəyərli olduğunu da qeyd edib.

Hazırda Kənan Mahmudovun bu ittihamlara cavab verib-verməyəcəyi maraqla gözlənilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
50
yenisabah.az

1Mənbələr