AZ

Cəlilabadda yanğın: İki helikopter cəlb olundu

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib.

“Cebheinfo.az”  xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Əlavə məlumat veriləcək.

“Cebheinfo.az”

Seçilən
18
7
cebheinfo.az

10Mənbələr