AZ

Bakıda yaşayış evlərinə yaxın ərazidə YANĞIN

Bakıda yaşayış evlərinə yaxın ərazidə yanğın baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
2
olaylar.az

3Mənbələr