Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin satın alınması ilə elan edilən tender baş tutumayıb.
Valyuta.az xəbər verir ki, tender Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ləğv edilib.
Müsabiqənin ləğv edilməsinin səbəbi haqqında açıq mənbələrdə məlumat yoxdur.
Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmirinə 2 085 857,68 manat proqnozlaşdırılırdı.
Tenderi Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTBİ) elan etmişdi.
Hüseyn