Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor təşkilatının rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvalı Şıxlinski hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə “Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi”nin rəhbəri Vitali Borodin məlumat verib.
Borodinin sözlərinə görə, Mütvalı Şıxlinski atasının ötən ay saxlanılması zamanı baş verən hadisələrdə də diqqət mərkəzində olub. Həmin vaxt o, maşınla hüquq-mühafizə əməkdaşını vuraraq hadisə yerindən uzaqlaşmağa cəhd etmişdi. Hazırda istintaq orqanları bu məsələ ilə əlaqədar əlavə araşdırmalar aparır.
Qeyd edək ki, Şahin Şıxlinski Ural bölgəsində fəaliyyət göstərən ən iri Azərbaycan diaspor təşkilatlarından birinə rəhbərlik edir və onun saxlanılması daha əvvəl də geniş rezonans doğurmuşdu.Musavat.com