Şahin Şıxlinskinin oğlu saxlanıldı
“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.
aia.az xəbər verir ki, bu barədə "E1.ru" məlumat yayıb.
İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə xüsusi təyinatlılardan birini vurub.
Hazırda o, İstintaq Komitəsində dindirilir.