AZ

114 yaşlı idmançını maşın vurub öldürdü - FOTO

Dünyanın ən yaşlı marafonçusu Fauc Sinq Hindistanda dünyasını dəyişib.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda CNN-in məlumat yayıb.

114 yaşlı Sinqi evinin yaxınlığında yolu keçərkən avtomobil vurub. İdmançı xəstəxanaya aparılsa da, avtomobil qəzası nəticəsində aldığı xəsarətlər ölümcül olub. 

Qeyd edək ki, Sinq 1911-ci il aprelin 1-də Pəncabda anadan olub. Həyat yoldaşı Yan Kaurun ölümündən sonra Britaniyaya köçüb və oğlu ilə birlikdə Londonda məskunlaşıb. O, 2000-ci ildə, 89 yaşında qaçmağa başlayıb və Londonda ilk marafonunu 6 saat 54 dəqiqəyə qaçıb.

114-yasli-idmancini-masin-vurub-oldurdu

Seçilən
32
8
avtosfer.az

9Mənbələr