AZ

“Qarabağ” Avstriya klubuna UDUZDU

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Avstriya “Zaltsburq”u ilə üz-üzə gəlib.

Qarşılaşma yerli komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Nəriman Axundzadə fərqlənib.

Yoxlama oyunu

15 iyul

20:00. “Qarabağ” - “Zalsburq” (Avstriya) - 1:2

Qollar: Nəriman Axundzadə, 43 - Kitano, 29. Baydu, 56

Alois Latini Stadion

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub. Ardınca “Tvente” (Niderland) ilə matça çıxıb – 3:2, 1:2. Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Ağdam təmsilçisi Bakıdakı yoxlama görüşündə isə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr