ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Rusiyaya qarşı hansı tariflər və sanksiyaların tətbiq oluna biləcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bunu Amerika prezidenti Tramp Ağ Evin Cənub Qazonunda jurnalistlərlə söhbəti zamanı bildirib.
“Əgər 50 gün ərzində razılığa gəlməsək, vəziyyət pis olacaq”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu halda Moskvaya qarşı tariflər və digər sanksiyalar tətbiq olunacaq. Tramp hansı məhdudiyyətlərdən danışdığını isə dəqiqləşdirməyib.