AZ

Rusiya Trampın hədəsinə reaksiya verdi

Hər hansı tələb irəli sürmək cəhdi, xüsusilə ultimatumlar Rusiya üçün qəbuledilməzdir. Metbuat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə açıqlama verib. O, Rusiyanın TASS xəbər agentliyinə ABŞ Prezidenti Donald Trampın Ukraynanın razılığa gələ bilməyəcəyi təqdirdə Rusiyaya tarifləri 100 faiz artıracağı ilə hədələməsini şərh edib. Ukrayna ilə bağlı siyasi və diplomatik səylərə diqqət yetirilməsinin vacibliyini vurğulayan Ryabkov bildirib ki, Prezident Vladimir Putin dəfələrlə danışıqlara hazır olduğunu və diplomatik yola üstünlük verdini bəyan edib.

Ryabkovun sözlərinə görə, ABŞ və NATO Rusiyanın yanaşmasına daha çox önəm verməlidir.

Seçilən
15
metbuat.az

1Mənbələr