AZ

"Zirə" yenə qalib gəldi

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçında qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gəlib.

Fanatik Tur Meydançalarında baş tutan matç "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun heyətində Abdul Aziz Batibie (60) və Şahmar Aşurov (71) fərqləniblər.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.

Seçilən
16
10
football-plus.az

10Mənbələr