“Zirə” bu gün Türkiyədə növbəti yoxlama matçını keçirəcək.
Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovu rəhbərlik etdiyi kollektiv “Pendikspor”la qarşılaşacaq. Görüş saat 17:00-da start götürəcək.
“Zirə” bundan əvvəl “Keçiörengücü”nü (2:1), “Əl Hüseyn”i (1:0) və “Çorum”u (2:0) məğlub edib.
“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.