AZ

"Zirə" Türkiyə klubuna qalib gəldi

"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyənin 1-ci liqası təmsilçisi "Pendik"lə üz-üzə gəlib. Matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bakı təmsilçisinin heyətində qolları Brahim Konate, Davit Volkov, Junior Martins (dubl) vurub.

"Zirə" bunadək 4 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörəngücü”nə (2:1), “Əl-Hüseyn”ə (1:0) və “Çorum”a (2:0) qalib gəlib.

Seçilən
50
13
football-plus.az

10Mənbələr