Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 2 stolüstü tennisçi təmsil edəcək.
Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Festivalda Şəbnəm Mənsurova və Uğur Nəzərli mübarizə aparacaqlar.
Yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.