BAKI. 15 iyul. TELEQRAF
Ukraynada olarkən qoşunların yeri barədə Kremlə məlumatlar ötürən və sonradan Rusiyaya qaçan ABŞ vətəndaşı Daniel Mantindeylə Moskvada Rusiya pasportu verilib.
Teleqraf xəbər verir ki, Rusiya dövlət televiziyası Mantindeylin yeni sənədləri alarkən çəkilən görüntülərini yayımlayıb.
“Mən, Daniel Riçard Mantindeyl, Rusiya Federasiyasının vətəndaşlığını könüllü və şüurlu şəkildə qəbul edərək, Konstitusiyaya riayət edəcəyimə and içirəm”, - o, rus dilində söyləyib.