AZ

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbsi uzadıldı

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbsi uzadıldı

Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadılıb.

AFN.az APA-ya istinadən xəbər verir ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi keçirilib.

2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətimkan tədbirinin üç ay müddətinə uzadılması ilə bağlı qərar verilib. Onların oktyabrın 19-dək həbsdə saxlanmasına qərar verilib.

Məhkəmə prosesi qapalı şəkildə, medianın iştirakı olmadan keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları prosesdə iştirak ediblər.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və Rosqvardiya əməkdaşları azərbaycanlıların yaşadığı evlərə basqın edərək, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılanlar Rosqvardiyanın idarəsinə aparılıb və işgəncəyə məruz qalıblar. Nəticədə iki Azərbaycan vətəndaşı – Ziyəddin Səfərov və Hüseyn Səfərov həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Seçilən
34
38
afn.az

10Mənbələr