“Sabah” Abdulla Rzayev və Rauf Rüstəmlinin keçidi ilə bağlı “Turan Tovuz” və “Sumqayıt” klubları ilə razılığa gəlib.
Futbolpress.az xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, Abdulla “Turan Tovuz”a, Rauf isə “Sumqayıt” klubuna icarəyə verilib. Hər iki futbolçunun icarə müqaviləsinin müddəti bir ildir.