ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə mümkün görüşü Moskvanın gələcək addımlarından asılıdır.
"Unikal" xəbər verir ki, Trampın sözlərinə görə o, son üç ayda “bir çox müharibələri həll edib”, lakin səylərinə baxmayaraq, Ukraynadakı münaqişəni dayandıra bilməyib.
"Prezident Putinlə nə baş verəcəyini görəcəyik. İndiyə qədər mən prezident Putindən çox məyus olmuşam", - Ağ Evin rəhbəri deyib. Eyni zamanda o qeyd edib ki, bu, ABŞ-nin keçmiş prezidenti Co Baydenin münaqişəsidir.
"Bu, Trampın müharibəsi deyil. Mən bizi bu qarışıqlıqdan çıxarmağa çalışmaq üçün buradayam", - Tramp deyib.