"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə Novxanı dənizkənarı yolunda piyadaların üzləşdiyi təhlükəli vəziyyətdən bəhs olunub.
Bildirilib ki, ərazidə bir neçə nizamlanmayan piyada keçidi mövcuddur. Bu isə piyadalar üçün ciddi təhlükə yaradır.
"Çünki nəqliyyat vasitələri əksər hallarda piyadalara yol vermir. Yay mövsümündə, xüsusilə istirahət günlərində bu yolda avtomobil sıxlığı daha da artır. Ərazidə işıqforla tənzimlənməyən piyada keçidləri isə vəziyyəti daha da ağırlaşdırır", - deyə qeyd olunub.
Ətraflı Baku TV-nin süjetində: