AZ

Ruslar Xarkova 16 zərbə endirdi - 14 dəqiqəyə...

Rusiya qüvvələri Xarkova dronlarla hücum edib. 14 dəqiqə ərzində ruslar şəhərə 16 zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.

Onun sözlərinə görə, Xarkovun Kiyev rayonu rusların hücumuna məruz qalıb:

"Şəhərə "Şahid" PUA-larının gecə hücumu 14 dəqiqə davam edib. Bu müddət ərzində düşmən Xarkov şəhərinin Kiyev rayonuna 16 dəfə zərbə endirib. Həmçinin, ilkin məlumata görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən düşmənin bir neçə PUA-sı vurulub".

Bundan əvvəl Terekhov bildirib ki, düşmən Xarkovda mülki müəssisəyə hücum edib. Hadisə yerində yanğın baş verib.

 

Seçilən
25
bakivaxti.az

1Mənbələr