AZ

"Gənclərlə maarifləndirmə işi strateji və yaradıcı yanaşma tələb edir" – QHT sədri

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Elşən Nağıyev gənclərlə ictimai maarifləndirmə işinin əhəmiyyəti və tətbiq edilən effektiv metodlarla bağlı QHT.az-a açıqlama verib.

Elşən Nağıyev bildirib ki, müasir dövrdə gənclərlə maarifləndirmə işi aparmaq təkcə informasiya paylaşmaqla məhdudlaşmır, həm strateji, həm də yaradıcı yanaşma tələb edir:

"Müasir texnologiyalarla və sosial dinamika ilə ayaqlaşmaq çox vacibdir . Qeyri hökumət təşkilatı olaraq layihələrimizin icrası zamanı ictimai maarifləndirməni təmin etmək üçün istifadə etdiyimiz effektiv metodları aşağıdakı kimi sıralamaq olar. İnteraktiv seminarlar, müzakirə sessiyaları və təlim proqramları. Sosial media kampaniyaları keçirmək (Facebook, Instagram, TikTok, YouTube) gənclərin sıx istifadə etdiyi şəbəkələrdə. Qısa videolar, infografikalar və canlı yayımlarla maarifləndirməni vizual cəhətdən cazibədar etmək. Gəncləri maarifləndirmə təşəbbüslərinə cəlb etmək, onları layihələrin bir hissəsinə çevirmək. Gənclər üçün açıq debatlar və ideya mübadiləsi imkanı yaratmaq. Müxtəlif mövzular üzrə fikir bildirərək analitik düşüncə formalaşdırmaq. Onların maraq dairəsini və dəyərlərini nəzərə alaraq mesajların formasının uyğunlaşdırılması və s metodlardan istifadə edirik."

 

Pərvanə Fərhadqızı

Seçilən
70
31
qht.az

10Mənbələr