BAKI. 16 iyul. TELEQRAF
Rusiya Ukraynanın Krivoy Roq şəhərinə ballistik raketlər və dronlarla hücum edib.
Teleqraf xəbər verir ki, hücum nəticəsində 17 yaşlı gənc oğlan ağır yaralanıb.
"Bu, görünməmiş hücumdur. Eyni vaxtda ballistik raket və 28 ədəd "Shahed" dronunun hücumuna məruz qalmışıq", - Krivoy Roq Müdafiə Şurasının sədri qeyd edib.
Qarın boşluğundan yaralanmış gəncin vəziyyəti ağırdır. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
"Şəhərin bir neçə rayonuna elektrik enerjisinin verilməsi dayandırılıb. Su təchizatı generatorlar vasitəsilə həyata keçirilir. Bir neçə yerdə yanğın var. Yanğınları məhdudlaşdırmağa çalışırıq", - şəhər Müdafiə Şurasının sədri əlavə edib.